– Yaponiya əyləncə xəbərləri saytı. 2007-ci ildə yaradılmışdır və "Natasha" şirkəti tərəfindən idarə olunur. Sayt Xulio İqlesiasın eyniadlı mahnısının şərəfinə adlandırılmışdır. "Natalie" Yaponiyanın aparıcı əyləncə xəbərləri saytlarından biridir.
Tarixi Məzmun tərtibatçısı "Natasha" 2005-ci ilin dekabrında yaradılmış, 2006-cı ilin fevralında məhdud şirkət olmuşdur. 1 fevral 2007-ci ildə "Natasha" öz xəbərlər saytı olan "Natalie"nı açmışdır. Sayt öz adını Xulio İqlesiasın "Nathalie" mahnısının adından götürmüşdür. Sayt musiqi xəbərlərinə həsr olunmuş və gündəlik xəbərləri çatdırmaq ideyası üzərinə açılmışdır. Sayt xəbərlərə şərh bildirmək və 30-a qədər sənətçi haqqında xəbərlər haqqında bildirişlər almaq istəyən istifadəçilər üçün qeydiyyatdan keçmə funksiyası əlavə etmişdir.
25 dekabr 2008-ci ildə manqa xəbərlərini çatdıran altsaytı, 5 avqust 2009-cu ildə komediyaçı xəbərlərini çatdıran açılmışdır.
1 avqust 2012-ci ildə mədəniyyət məhsullarının satışı ilə məşğul olan istifadəyə verilmişdir. 23 mart 2015-ci ildə film xəbərlərini çatdıran altsaytı, 2 fevral 2016-cı ildə teatr xəbərlərini çatdıran altsaytı açılmışdır. 18 may 2011-ci ildə məzələr haqqında xəbərlər çatdıran altsaytı açılsa da, həmin ilin 31 avqustunda bağlanmışdır.
Menecment "Natasha" şirkətinin qurucusu və təmsilçi direktoru Takuya Oyamadır. O, musiqi xəbərləri saytının baş redaktorudur. 2014-cü ildən etibarən "Natasha" "KDDI" şirkətinin tərkibinə daxildir.
Qəbul "IT Media News"a görə sayt musiqi haqqında ətraflı məlumat versə də, yazılar çox uzun olduğu üçün oxucular sadəcə məzmuna göz gəzdirməklə kifayətlənirlər.
İstinadlar
Xarici keçidlər Natalie (əsas sayt)
Kateqoriya:2007-ci ildə Yaponiyada yarananlar Kateqoriya:Yaponiya veb-saytları Kateqoriya:Xəbər saytları