Laç (tələffüzü [lat͡ʃ]; Alban dilində forması: Laçi) — Albaniyanın şimal-qərbindəki Lej vilayətində yerləşən şəhər və keçmiş bələdiyyə.

2015-ci ildə həyata keçirilmiş yerli idarəetmə islahatı zamanı o, Kurbin bələdiyyəsinin inzibati vahidinə və mərkəzinə çevrilmişdir. O, keçmiş Kurbin dairəsinin inzibati mərkəzi olmuşdur.

2023-cü il siyahıyaalınmasına əsasən əhalisi 12 854 nəfər olmuşdur.

Adı Laç alban dilində bataqlıq ərazi mənasını vermişdir. Albaniyada oxşar toponimlər Laç-Bruç, Kodər-Laç, Pərroi i Laçit, Fuşə-Laç və sairləri olmuşdur.

Demoqrafik tarixi Laç 1467-ci il Osmanlı dəftərində Kurbin vilayətində xas-i mirliva mülkü kimi qeydə alınmışdır. Yaşayış məntəqəsində yalnız dörd ev təsərrüfatı olmuşdur ki, onları aşağıdakı ailə başçıları təmsil etmişdir: Pal Suma, Nikolla Smaka, Qyerc Marku (Gjergj Marku) və Tanuş Znişi (Tanush Znishi).

Müqəddəs Antoni kilsəsi Alban dilində "Kisha e Laçit" və ya "Kisha e Shna Ndout" kimi tanınan bu kilsə Padualı Müqəddəs Antoniyə həsr edilmişdir.

Tanınmış şəxsləri Qazim Laçi (1996-cı il təvəllüdlü) — əslən Laçdan olan alban futbolçusu. Salvador Gjonaj (26 sentyabr 1992-ci il təvəllüdlü) — alban futbolçusu. Jimilian (1994-cü il təvəllüdlü) — Danimarkalı-alban müğənni. Ardian Trebicka — müğənni.

Albani ailəsi Papa XI Klement (Latınca: Clemens XI; İtalyanca: Clemente XI; 23 iyul 1649 – 19 mart 1721), anadan olarkən adı Covanni Françesko Albani (Giovanni Francesco Albani) olmuş, Katolik kilsəsinin rəhbəri və 23 noyabr 1700-cü ildən 1721-ci ilin martında ölümünə qədər Papalıq vilayətinin hökmdarı olmuşdur. O, mənşəyi Laça gedib çıxan Albani ailəsindən olmuşdur. Alessandro Albani (1692–1779) — İtalyan aristokratı və kardinalı. Annibale Albani (1682–1751) — İtalyan kardinalı. Françesko Albani (Francesco Albani) (1578–1660) — Barokko rəssamı. Can Cirolamo Albani (Gian Girolamo Albani) (1504–1591) — Roma-Katolik kardinalı. Can Françesko Albani (Gian Francesco Albani) (1720–1803) — Roma-Katolik kardinalı

İstinadlar

Kateqoriya:Albaniya şəhərləri