thumb|right|346x346px|ABŞ Silahlı Qüvvələrinin birləşmiş regional komandanlıqları.

thumb|right|430x430px|ABŞ Hərbi Departamentinin 1940-cı il doktrinasına müvafiq olaraq əməliyyat teatrının tipik təşkili.

Hərbi əməliyyatlar teatrı (HƏT) — daxilində hərbi əməliyyatların aparılması nəzərdə tutulan, müharibə zamanı isə ölkənin (və ya koalisiyanın) Silahlı Qüvvələrinin bir hissəsinin müharibənin ümumi planından irəli gələn strateji tapşırıqları yerinə yetirdiyi müəyyən quru ərazisi, habelə ona bitişik dəniz və hava məkanı. HƏT adətən müharibə teatrının bir hissəsidir və bir və ya bir neçə strateji istiqaməti əhatə edir.See:

Neytral və digər müharibə etməyən dövlətlərin ərazisi (quru, dəniz, hava) hərbi əməliyyatlar teatrı kimi istifadə edilməməlidir. Beynəlxalq müqavilələrə əsasən, aşağıdakılar hərbi əməliyyatlar teatrına çevrilə bilməz: Bəzi beynəlxalq boğazlar (məsələn, Argentina və Çili arasındakı 1981-ci il müqaviləsinə əsasən Magellan boğazı); Beynəlxalq kanallar (məsələn, 1888-ci il Konstantinopol konvensiyasına əsasən Süveyş kanalı); Bəzi ada və arxipelaqlar (məsələn, İkinci Dünya müharibəsinin qalibləri ilə Finlandiya arasında imzalanmış 1947-ci il sülh müqaviləsinə əsasən Aland adaları, 1920-ci il Paris müqaviləsinə əsasən Svalbard arxipelaqı); Bəzi qitələr (məsələn, 1959-cu il müqaviləsinə əsasən Antarktika).

1967-ci il Kosmos haqqında Müqaviləyə əsasən, Ay və digər səma cisimləri hərbi əməliyyatlar teatrına daxil edilə bilməz. Silahlı münaqişə hüququ normalarında nəzərdə tutulmuş xüsusi zonaların (məsələn, sanitariya zonaları və məntəqələri) yaradılması məqsədilə müharibə edən tərəfin dövlət ərazisinin bir hissəsi hərbi əməliyyatlar teatrından çıxarıla bilər. Nüvəsiz zonalara gəldikdə isə, onlar bütövlükdə silahlı münaqişə sferasından çıxarılmır, lakin nüvə müharibəsinin teatrı ola bilməzlər.

İstinadlar

Ədəbiyyat siyahısı

Əlavə ədəbiyyat siyahısı

Kateqoriya:Hərbi yerlər Kateqoriya:Müharibə