Şeidlər — Azərbaycan Respublikasının Şəmkir rayonunun Şeidlər kənd inzibati ərazi dairəsində kənd. 5 oktyabr 1999-cu il tarixli 708-IQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Şəmkir rayonunun Şeidlər kəndi Qasımalılar kənd inzibati ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şeidlər kənd inzibati ərazi vahidi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsi XX əsrin 30-cu illərində uğuzlu (və ya hacılar), zeynallar və kəlbhəsənli adlı oymaqların Şeidlər yeri adlı sahəyə köçürülməsi nəticəsində yaranmışdır. Kənd salındığı ərazinin adını daşıyır. Ərazinin adının isə şəhid (günahsız ölən) sözü ilə bağlılığı güman edilir.
Tarixi
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
İqtisadiyyatı Əsas təsərrüfatı heyvandarlıq və əkinçilikdir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Şəmkir rayonunun kəndləri