Bircəciyim tammetrajlı bədii filmi rejissor Ənvər Əbluc"Bircəciyim" bədii filmi bərpa edildi //Ədəbiyyat qəzeti.- 2011.- 12 avqust.- S. 2. tərəfindən 1986-cı ildə ekranlaşdırılmışdır. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film yazıçı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" povestinin motivləri üzrə çəkilmişdir. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Əsas rolları Mehriban Xanlarova, Kamil Zöhrabov, Həsən Məmmədov, Hamlet Xanızadə, Ramiz Məlikov, Əhməd Salahov və Rafiq Əzimov ifa edirlər. Film 2-ci kateqoriyaya layiq görülüb.
Məzmun Kino əsəri cəmiyyətimizin mənəvi həyatı ilə bağlı aktual məsələlərə toxunur. Uşaq evində tərbiyə alıb boya-başa çatmış, həyatda ilk addımlarını atarkən gözlənilmədən dramatik vəziyyətə düşən iki sevən gəncin ülvi məhəbbət əhvalatı filmin mərkəzində durur. Burada dostluq, sədaqət, kollektivizm hissi kimi mənəvi dəyərlərdən söhbət gedir. Yalnız qarşılıqlı kömək, güzəştə getməmək, ədalətin zəfər çalacağına qəti inam gənc qəhrəmanlara düşdükləri çətin vəziyyətdən birgə çıxış yolu axtarıb tapmağa kömək edir.Aydın Kazımzadə. Azərbaycan kinosu — 1 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 131
Gənclər tikintidə çalışırlar və qarşılarına çıxan çoxlu çətinlikləri ləyaqətlə aradan qaldırırlar.
Film haqqında Film yazıçı İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" povestinin motivləri üzrə çəkilmişdir. Film 2-ci kateqoriyaya layiq görülüb. Filmdə sözləri Vaqif Səmədoğluna, bəstəsi Mobil Babayevə aid olan "sən gələndə çiçəklər açardı" mahnısı ifa olunmuşdur. Mahnını Mübariz Tağıyev ifa etmişdir,
Rollarda Mehriban Xanlarova — Sarıköynək Kamil Zöhrabov — Valeh Həsən Məmmədov — Muradzadə Hamlet Xanızadə — Məcidov Ramiz Məlikov — Yusifov Əhməd Salahov — Rövşən Rafiq Əzimov — Musa Eldəniz Rəsulov — Bardakı oğlan Vüqar Qasımov(V. Qasımov kimi) Amaliya Pənahova — Zabitə Vəliəhd Vəliyev — Camal Ötkəm İsgəndərov — İlkin Ömür Nağıyev — Eldar Fərhad İsrafilov — Zeynal Əliqulu Səmədov — Sərvər Cahangir Aslanoğlu Həsən Əbluc — Təhqiqatçı Yusif Əlizadə — Təhqiqatçı
Film AZTV tərəfindən azərbaycan dilində dublyaj olunmuşdur Filmi səsləndirənlər: Şəfəq Əliyeva — Sarıköynək (Mehriban Xanlarova)(titrlərdə yoxdur) Ruslan Nəsirov — Valeh (Kamil Zöhrabov);Rövşən (Əhməd Salahov);Eldar (Ömür Nağıyev)(titrlərdə yoxdur) İlham Əsgərov — Muradzadə (Həsən Məmmədov)(titrlərdə yoxdur) Eldəniz Rəsulov — Məcidov (Hamlet Xanızadə)(titrlərdə yoxdur) Ramiz Məlik — Yusifov (Ramiz Məlik)(titrlərdə yoxdur) Pərviz Bağırov — Musa (Rafiq Əzimov);İlkin (Ötkəm İsgəndərov)(titrlərdə yoxdur) Venera Abbasova — Zabitə (Amaliya Pənahova)(titrlərdə yoxdur) Rəşid Səməndər — Camal (Vəliəhd Vəliyev)(titrlərdə yoxdur) Qədir İsmayılov — Zeynal (Fərhad İsrafilov);Sərvər (Əliqulu Səmədov);Təhqiqatçı (Həsən Əbluc)(titrlərdə yoxdur) Titrlər — Bəxtiyar Şərifzadə (titrlərdə yoxdur)
İstinadlar
Mənbə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 300; 311.
Xarici keçidlər Filmi izlə Filmi izlə (azərbaycan dilində dublyajlı) Filmin musiqiləri (audio)
Kateqoriya:1986-cı ilin filmləri Kateqoriya:1986-cı ilin Azərbaycan filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:Ənvər Əblucun filmləri Kateqoriya:"Azərbaycanfilm" filmləri