Qan Turalı (Tural Oqtay oğlu Cəfərov; ) — Azərbaycan yazıçısı, jurnalist.
Həyatı 1984-cü ildə Azərbaycan SSR-nin Əli Bayramlı şəhərində anadan olub. 2001-ci ildə Bakı Özəl İqtisadiyyat litseyini bitirib. 2005-ci ildə Bakı Dövlət Universitetinin "Sosial elmlər və psixologiya" fakültəsinin fəlsəfə ixtisasının bakalavriatını, 2007-ci ildə BDU-nun sosial fəlsəfə üzrə magistraturasını bitirib.
2005-ci ildən bədii yaradıcılıqla məşğul olur. "Elektronik sevdalar" adlı şeir kitabı 2006-cı ildə çap edilib. 2011-ci ildə "Mustafa" romanı, 2012-ci ildə "Polis qorxusuyla öpüşmək" adlı esselər toplusu çap edilib. 2014-cü ilin may ayında hekayələri "Doqquz hekayə" adı ilə çap olunub.
"Mustafa" romanı 2011-ci ildə "Əli və Nino" kitab mağazalarında ayın ən çox satılan kitabı seçilib.
"Ədalət", "525-ci qəzet", "Reytinq" qəzetlərində çalışıb. Abzas.net adlı internet jurnalının qurucusu və redaktoru olub. "Azadlıq" qəzetinin köşə yazarı (2006–2011) kimi çalışıb.
2011-ci ildən Kulis. Az internet jurnalının baş redaktoru olub.
Azərbaycan Dillər Universitetinin Fəlsəfə və ictimai elmlər kafedrasının müəllimidir.
2019-cu ildə S. Vurğun adına Rus Dram Teatrında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin SABAH qrupları tələbələrinin ifasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş Qan Turalının "Hərə bir qəhrəman" pyesi tamaşaya qoyulub.
2022-ci ildə İctimai TV-də Qan Turalının ssenarisi əsasıənda "Gündəlik" serialı yayımlanıb.
Kitabları "Elektronik sevdalar" (şeirlər) — 2006-cı il "Mustafa" (roman) — 154 səhifə, 2011-ci il "Polis qorxusuyla öpüşmək" (esselər) — 2012-ci il "Doqquz hekayə" — 2014 "Fələk qırmancı" — 2016Qan Turalının "Fələk qırmancı" romanının imza günü keçirilib "Ayna" — 2019
İstinadlar
Kateqoriya:Şirvanda (Azərbaycan) doğulanlar Kateqoriya:Azərbaycan yazıçıları