Təkbuynuz və ya Unikorn (, , latincadan unus 'tək' və cornis 'buynuz'), gözlərinin arasından tək buynuz çıxan, ata oxşar bir mifoloji məxluqdur.

Qədim Yunan mifologiyasinda Təkbuynuz bakirə tanrı olan Artemida ilə əlaqələndirilir.

Ələ keçirilməsi çətin bir iş olan bu məxluq tutulduğu zaman onu ancaq qızıl iplə bağlayaraq saxlamaq mümkündür.

Həmçinin Təkbuynuzun buynuzundan hazırlanmış toz zəhər əleyhinə dərman hesab edilir.

Orta əsrlərdə Təkbuynuz Şotlandiyanın gerbi olub.

İstinadlar

Kateqoriya:Mifologiya

Kateqoriya:Avropa mədəniyyəti Kateqoriya:Asiya mədəniyyəti Kateqoriya:Kriptidlər