() — aləminin dəstəsinin fəsiləsinin cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, prioritet, endem növüdür. Regional IUCN Statusu: VU D2.

Botaniki xarakteristikası Gövdəsi incə, yarpaqlarla örtülü olan, 10-25 sm hündürlükdə yarımkolcuqdur. Yarpaqları sərtvari, yuxarıda itiuclu, 2-3 sm uzunluqdadır. Çiçəkləri yarpaq qoltuğunda üç-üç yerləşmişdir. Meyvə qanadları sarı və ya tünd-qırmızıdır, sonradan qaralır, yuxarıda dik durandır, onlardan 3-ü nisbətən böyükdür, köndələn ovaldır və ya geniş geriyə -yumurtavaridir. Digər 2 meyvə yarpağı kiçikdir. Yumurtalıq kiçik ziyilcikvaridir.

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə - meyvə əmələgətirmə dövrü may-noyabr aylarına təsadüf edir. Kserofit, işıqsevən, duzlaşmaya davamlıdır. Toxumla çoxalır. Dağ ətəyində taxıllı-şoranlı müxtəlif otluq qruplaşmaları əmələ gətirir.

Azərbaycanda yayılması Naxçıvanın düzənliyi (Culfa rayonu –Darıdağ ətrafı).

Sayı və tendensiyası Populyasiyanın sayı azdır. Yeganə lokalitetində antropogen təsirlər azalma təhlükəsini sürətləndirir.

Məhdudlaşdırıcı amillər Ekoloji amillərin kəskin dəyişməsi, texnogen və antropogen amillər (otarılma, tapdalanma).

Mühafizə tədbirləri Mühafizə üçün xüsusi tədbirlər aparılmır. Biotopda antropogen təsiri azaltmaq üçün qoruma tədbirlərinin görülməsi, yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxularının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma sahələrinin axtarılması təklif olunur.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Azərbaycanın endemik florası