thumb|248x248px Kərpicvari qarğa soğanı - (lat. Gladiolus imbricatus L.) Süsənkimilər – (İridaceae Juss.) fəsiləsinə aid bitki növü. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU A2c. Azərbaycanın nadir növüdür.http://redbook.az/?options=project&id=K%C9%99rpicvari%20qar%C4%9Fa%20so%C4%9Fan%C4%B1
Qısa morfoloji təsviri Çoxillik, düz gövdəli (hündürlüyü 50 sm), yaşıl bitkidir. Yarpaqlar xətvari, 5-5,5 mm enindədir. Çiçəkyanlığı 2-2,5 sm uzunluğunda, tünd-bənövşəyi rənglidir.Tərəfləri küt, tərs – oval, yuxarı və aşağı tərəfi eyni uzunluqdadır. Erkəkcik sapı tozcuqdan bir qədər uzun, ağızcıq tərs – neştərşəkillidir 1. Флора Азербайджана, 1952right|thumb|276x276px
Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri Çiçəkləmə may, meyvə əmələ gətirmə iyul aylarına təsadüf edir. Soğanaqla və toxumla çoxalır. Dekorativ bitkidir 2. İbadlı O.V. 2004
Yayılması Böyük Qafqazın Quba hissəsi və şərqi 3. Конспект флоры Кавказа, 2006.
Sayı və tendensiyası Populyasiyalarında azalma (30%) tendensiyası müşahidə olunur .
Məhdudlaşdırıcı amillər Antropogen və zoogen amillər . Əhali tərəfindən intensiv yığılması, otarılma və tapdalanma nəticəsində yayılma sahəsi məhdudlaşır.
Mühafizə tədbirləri Xüsusi mühafizə tədbirləri görülməyib. Yeni yayılma ərazilərinin axtarılması, yasaqlıqların salınması vacibdir.
Sinonimləri Gladiolus apterus ().
İstinadlar
Kateqoriya:Nəsli kəsilməyə həssas olanlar