Qreben adası — Krasnoflotskie adaları qrupuna daxildir. İnzibati cəhətdən Krasnoyarsk diyarının Taymır Dolqan-Nenes rayonu ərazisində yerləşir.

Yerləşməsi Kara dənizində, Şimal Torpağının cənubunda, Oktyabr İnqilabı adasından 30 km cənubda yerləşir. Daxil olduğu qrupun şimalında yerləşir. 1,1 km aralıda isə Ploskiy adası yerləşir.

Təsviri Daxil olduğu qrupun ən şimal adasıdır. Cənub-qərbdən şimal-şərqə uzanır. Adanın uzunluğu 2,2 km, eni isə 1,1 km təşkil edir. Sahillərində dərinlik 5–6 m arasında dəyişir. Hazırda axipelaqın ən hündür nöqtəsi adada yerləşir(39 m).

Tarixi Krasnoflotskie adalarına daxil olan digər adalar kimi Sredniy adası ilk dəfə 17 avqust 1932-ci ildə Arktika və Antarktida Elmi-Araşdırma İnstitutu tərəfindən "V. Rusanov" buzqıranında kəşf edilmişdir.

İstinadlar

Kateqoriya:Kara dənizi adaları Kateqoriya:Şimal Torpağı adaları Kateqoriya:Krasnoflotskie adaları Kateqoriya:Kara dənizinin yaşayış olmayan adaları