Şanxay Əməkdaşlıq Təşkilatı (. ) — 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 10 ölkə bu təşkilatın üzvüdür.
ŞƏT-ə daxil olan ölkələrin ümumi ərazisi 35 milyon km²-dən çoxdur ki, bu da Avrasiya ərazisinin 65%-ni təşkil edir. ŞƏT ölkələrinin ümumi əhalisinin sayı təxminən 3,5 milyard nəfərə (2022-ci il) bərabərdir ki, bu da planet əhalisinin yarısını təşkil edir. Çin iqtisadiyyatı nominal ÜDM-ə görə dünyanın ikinci, alıcılıq qabiliyyəti paritetinə (AQP) görə isə 2014-cü ildən etibarən dünyanın birinci iqtisadiyyatıdır. Hindistan iqtisadiyyatı ÜDM-in alıcılıq qabiliyyəti paritetinə görə dünyada üçüncü yerdədir. Rusiya, Çin, Hindistan və İran “kosmik klub”a daxil olan ölkələr sırasındadır.
ŞƏT hərbi blok (məsələn, NATO) və ya təhlükəsizlik məsələləri üzrə açıq və müntəzəm məsləhətləşmə platforması deyil, bu iki format arasında aralıq mövqe tutur. Təşkilatın əsas vəzifələri iştirakçı dövlətləri əhatə edən geniş coğrafiyada sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə, separatizmə və ekstremizmə, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni əlaqələrin inkişaf etdirilməsi kimi müəyyən edilmişdir.
Təşkilatın üzvləri
Təşkilata üzv olan dövlətlər
.
Müşahidəçi dövlətlər
Xarici keçidlər
SCO Info İstinadlar Kateqoriya:Hindistan–Pakistan münasibətləri Kateqoriya:Rusiyanın müqavilələri Kateqoriya:Beynəlxalq təşkilatlar Kateqoriya:Rusiyanın çoxtərəfli münasibətləri Kateqoriya:Müqavilə əsasında yaradılan hökumətlərarası təşkilatlar Kateqoriya:Çin–Rusiya münasibətləri